Portuqaliya qalib gəldi - Yenilənib
20.06.2018
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçiriləcək.
"Dövran Media"nın məlumatına görə, bu oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.
B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlib. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması bu dəfə mundialda ilk qələbəsini qazanmağa çalışıb. Və buna nail də olub.
Belə ki, Portuqaliya Ronaldonun qolu ilə Mərakeş üzərində 1:0 hesablı qələbə qazanıb.
Portuqaliya - Mərakeş - 1:0 (İkinci hissə)
Qol: Ronaldo, 4
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. "Lujniki stadionu”
****
Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçiriləcək.
"Dövran Media"nın məlumatına görə, baş tutacaq oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.
B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gəlir. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması bu dəfə mundialda ilk qələbəsini qazanmağa çalışacaq. İlk turda İrana uduzan Afrika təmsilçisi də münasib rəqibdir.
Qrupun digər matçında İran və İspaniya üz-üzə gələcək. Asiya təmsilçisi hazırda qrup lideri olsa da, görüşün aşkar favoriti İspaniya yığmasıdır.
A qrupunda isə Uruqvay millisi qrupun autsayderi hesab olunan, ilk turda Rusiyaya 0:5 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı yığmasını sınağa çəkəcək. Cənubi Amerika təmsilçisi qalib gələcəyi halda Rusiya millisi ilə birgə son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayacaq. Əgər oyun heç-heçə yekunlaşsa, bu halda Rusiya bu tur "pley-off"a vəsiqəni təmin edəcək.
DÇ-2018
II tur
20 iyun
B qrupu
Portuqaliya - Mərakeş - 1:0 (İkinci hissə)
Qol: Ronaldo, 4
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. "Lujniki stadionu”