Kremlin ideoloquna da təzyiq başlandı
28.07.2020
Yutub sosial şəbəkəsi "Çarqrad” televiziyasının hesabını blok edib.
Bu məlumat televiziyanın rəsmi saytında yerləşdirilib. Televiziya məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirib.
Yayımlanan bəyanatda Yutubun addımının kanal üçün gözlənilməz olduğu vurğulanıb.
Qeyd edək ki, "Çarqrad” televiziyası rusiyalı biznesmen Konstantin Malofeyevə məxsusdur. Malofeyev Rusiya hakimiyyətinə yaxınlığı və konservativ düşüncəni müdafiə etməsilə seçilir.
Televiziyanın əsas aparıcı simalarından biri Kremlin ideoloqu sayılan Aleksandr Duqindir.