Rusiyada ermənilər arasında kütləvi dava - VİDEO
28.07.2020
Rusiyada bir qrup erməni küçədən keçən şəxsləri azərbaycanlı hesab edərək onlara hücum edib.
"Report” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, bir qrup erməni azərbaycanlı olduğu ehtimal etdikləri şəxsi döyəndən sonra məlum olub ki, döydükləri şəxs ermənidir. Ermənilərin hücum etdikləri şəxs döyülmə zamanı xəsarət alıb. "Onlar ermənilər idi, avtomobillərinin nömrələri erməni nömrəsi idi", - deyə onlardan biri bildirib.
Döyülən şəxs paytaxt Yerevandan olduğunu deyib.