İki ölkə Rusiyaya qarşı birgə müqavimət göstərəcək
28.07.2020
Ukrayna və Polşa "Şimal axını 2” layihəsinin reallaşdırılmasına birgə müqavimət göstərmək niyyətindədir.
Bu məlumatı Ukrayna Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, bu, Ukrayna və Polşa XİN rəhbərlərinin əsas görüş mövzusu olub.
Rusiya qaz kəmərinin Avropaya təhdid yaratdığı və onun reallaşdırılmasına imkan verilməməsi gərəkdiyi qeyd edilib.