İTV-nin redaktoru vəfat etdi - COVID-19
28.07.2020
İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib.
O, bu gün həyatını itirib.
Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə. Fəqanoğlu bu gün səhər dünyasını dəyişib.
Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu "Yeni klinika”da müalicə olunurdu.
Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.