İspaniyada koronavirusun ikinci dalğası başlayıb
27.07.2020
İspaniyada hər gün koronavirusa çoxlu yeni yoluxma halı qeydə alınır ki, bu da özlüyündə COVID-19-un ikinci dalğası deməkdir.
Ümumilikdə ölkə ərazisində 281 aktiv yoluxma faktı qeydə alınıb. Bu cəhətdən Araqon və Kataloniyada baş vermiş yeni yoluxma halları daha çox narahatlıq doğurur. Madriddə son günlər ərzində qeydə alınmış 11 yoluxma hadisəsi hakimiyyət dairələrində həyəcan yaradıb.
COVID-19–a yoluxma hallarının daim çoxalması regionlardakı hakimiyyət orqanlarını epidemiyanı nəzarətdə saxlamaq üçün yeni məhdudiyyətlər tətbiq etməyə məcbur edir. Bununla yanaşı, hökumət İspaniyanın epidemiya ilə uğurla mübarizə apardığını və baş verən hadisələrin gözlənilən olduğunu və vaxtında aşkarlandığını vurğulayır.
Hazırda Madriddə bütün icmalarda (Kanar adaları istisna olmaqla) olduğu kimi, maskaların məcburi istifadəsi tələb olunmur.
Qeyd edək ki, İspaniyada 272 min 421 koronavirusa yoluxma faktı aşkarlanıb. COVID-19 xəstələrindən 28 432 nəfəri vəfat edib.