Rusiya və ABŞ-ın strateji stabilliklə bağlı görüşü keçirilir
27.07.2020
Vyanada Rusiya və ABŞ arasında beynəlxalq təhlükəsizlik və silahlanmaya nəzarətlə bağlı görüş başlayıb.
Bu məlumatı Rusiyanın beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyi yayıb.
Görüşün ekspertlər səviyyəsində keçirildiyi vurğulanıb.
Qeyd edək ki, iyunun 22-də Vyanda ABŞ-la Rusiya arasında strateji stabilliklə bağlı görüş keçirilmişdi. Görüşdə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov və ABŞ Prezidentinin silahlanmaya nəzarət üzrə xüsusi müşaviri Marşall Billinqsli iştirak etmişdi.