Ruslar Lukaşenkonu sevirlər - Sorğu
27.07.2020
Rusiyalıların yarıdan çoxu Belarus Prezidenti Aleksandr Lukaşenkoya pozitiv münasibət bəsləyir.
Bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, respondentlərin 52%-i Lukaşenkoya xoş, 9%-i isə mənfi münasibət bəslədiklərini bildiriblər.
Belarus liderinə xoş münasibət bəsləyənlərin 34%-i Lukaşenkoya hörmət etdiyini, 18%-i simpatiya bəslədiklərini açıqlayıblar.