23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransada testlər pulsuz olacaq

26.07.2020


Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusa yeni yoluxma hallarının artması ilə bağlı narahatlığını bildirib və arzu edən hər kəs üçün testin xərcinin hökumət tərəfindən ödəniləcəyini vəd edib.

Bu barədə Le Parisien nəşri məlumat yayıb. "Hələlik ikinci dalğanın gəlməsindən danışmaq olmaz, lakin bir neçə gündür pozitiv çıxan analizlərin sayı durmadan artır. Halbuki son 13 həftədə azalma gedirdi. Kütləvi yoxlamaların gedişində hazırkı xəstələrin birinci dalğa zamanına nisbətən gənc olduqları üzə çıxdı. Simptomsuz halların miqdarı olduqca çoxdur”, - deyə nazir vurğulayıb.

Son məlumatlara görə, Fransada pandemiyanın başlanğıcından bəri 180 mindən çox yoluxma halı aşkarlanıb. Hazırda hər gün mindən yuxarı yoluxma qeydə alınır. Ölkədə indiyədək 30 min 192 nəfər koronavirus səbəbindən həyatını itirib.