ABŞ iqtisadiyyata 1 trilyonluq yardım paketi ayırır
26.07.2020
Respublikaçılar iqtisadiyyata dəstək üçün daha 1 trilyon dollar ayırmağı təklif edir.
Bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin deyib.
"1 trilyon dollarlıq paketin içində daha prioritet və təcili məsələlər yer alır”, - nazir bildirib.
Onun sözlərinə görə, paketdə həm də amerikalı ailələrə yeni birbaşa ödəmələr də yer alır.