“Qalatasaray”da Falkaonun gələcək taleyi bəlli oldu
25.07.2020
"Qalatasaray” kolumbiyalı futbolçusu Radamel Falkaonu zədə səbəbi ilə mövsümün böyük hissəsində forma geyinmədiyi üçün satmaq qərarına gəlib.
Bu barədə "Spor Arena” məlumat yayıb.
"Cim-bom”la 2022-ci ilin yazına qədər müqaviləsi olan kolumbiyalı ulduz növbəti mövsüm də komandada qalmaq istəyir. Lakin "Qalatasaray” rəhbərliyi artıq qəti qərarını verib və sərfəli təklif gələcəyi halda ulduz futbolçu ilə yollar ayrılacaq.