03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Koronavirus daşıyıcısı olan heyvanlar araşdırılacaq

25.07.2020

Rusiyalı alimlər insanlar üçün təhlükəli olan koronavirus daşıyıcısı olub-olmadığını öyrənmək üçün Sibirdə yaşayan heyvanlar üzərində araşdırma aparacaqlar.

Xüsusilə yarasalar ilk növbədə tədqiq olunacaq.

Araşdırmaçı alim Aleksandr Şestopalovun sözlərinə görə, proses üç mərhələdə iki il davam edəcək.

Əvvəlcə zooloqlar yarasaların yerləşdiyi ərazilərə ekspedisiyalara gedəcəklər və özlərinə maraqlı olan heyvan nümunələrini seçəcəklər. Bundan sonra bioloqlar DNT nümunələrini götürəcək və onların genomlarını "oxuyacaq”, sonra isə nəticələri insanlar üçün təhlükəli olan koronavirusların məlum genomları ilə müqayisə edəcəklər.

İyulun 7-də donuz və toyuqların yeni növ koronavirusa qarşı immunitetinin olduğu aşkarlanıb.

Tədqiqat zamanı alimlər virusu bir neçə donuza yeridiblər, sonra sağlam olanları xəstə heyvanlarla eyni yerdə saxlayıblar. Virus yoluxmuş donuzlardan sağlamlara ötürülməyib. Buna bənzər vəziyyət toyuq və hind toyuğunda da müşahidə edilib.