21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Afina adaları silahlandırır, Türkiyə isə donanma göndərdi

25.07.2020

Türkiyə ilə Yunanıstan arasında gərginliyin tez-tez artdığını görürük. Lakin bu gərginlik lokal bir müharibə olacaq anlamına gəlmir. Ən pis halda Meyisti adası ətrafında gedən gərginlik Kardak böhranı kimi ola bilər.

Bu sözləri  açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Meyisti adası yaxınlarında karbohidrogen axtarışları elan etməsindən sonra gərginləşən Yunanıstan-Türkiyə münasibətlərini şərh edərkən deyib.

O bildirib ki, Meyisti adası Rodos adaları qrupuna aid, olduqca strateji və bir o qədər də önəmli adadır:

"Ümumiyyətlə, Rodos və ona bağlı adalar Yunanıstan və Türkiyə arasında 200 ildən artıqdır ki, davam edən bir mübahisədir. Ada Osmanlı sultanı Qanuni Sultan Süleyman dövründə fəth olunub. Yunanıstan müstəqillik əldə etdikdən sonra isə bu ada üçün uzun müddət mübarizə aparıb. Mahiyyət etibarilə qayalıqlardan ibarət olan bu adaların elə də bir önəmi yoxdur. Lakin hazırki dövdə adanın iki vacib xüsusiyyəti var. Birincisi, ada olduqca strateji bir önəmə sahibdir. Xüsusilə də Kipr adası ilə Yunanıstan arasında tranzit keçid funksiyası var.

Yunanıstan bu adalar vasitəsilə, eyni zamanda, Türkiyə ərazisini də görə bilir. İkincisi, adada son illər aparılan araşdırmalar nəticəsində təbii ehtiyatların ola biləcəyi aşkarlanıb. Bu iki səbəb hazırda tərəflər arasında gərginliyin artmasına gətirib çıxarıb”.

Ekspertin sözlərinə görə, Yunanıstanın adaları silahlandırması gərginliyi artıracaq:

"Ümumiyyətlə, rəsmi Afinanın 12 adanı silahlandırması Türkiyəni qəzəbləndirməyə yönəlib. Yunanıstanın bu adaları silahlandırması qanunsuzdur. Rəsmi Afina Türkiyəni hədələməklə, ya da gərginliyi artırmaqla heç nə əldə edə bilməyəcək. Artıq Türkiyə Silahlı Qüvvələri (TSK) Yunanıstanla ehtimali qarşıdurma ilə əlaqədar 15 hərbi gəmini, F-16 qırıcılarını, dron və PUA-ları Meyisti adası ətrafına göndərib. Nəticə etibarilə hazırki vəziyyət gərgindir, lakin başda ABŞ olmaqla, digər güclər məsələnin daha da böyüməsinə izin verməyəcək. Çünki bundan ən çox rəsmi Afina zərərli çıxacaq”.