21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şəhla Zeynalova təqdim edir: Valideynlərin qəbullanması

24.07.2020


Günümüzdə çox geniş yayılmış düşüncə tərzinə əsasən övladların valideynlərini qəbul edib və hörmət göstərmələri üçün onların bu vəziyyəti qazanması lazımdır. Bu halda sanki övlad hakim önündəymiş kimi valideynlərinə baxır və belə deyir:"Səndə bunu bəyənmirəm və bu səbəbdən sənin mənim atam (və ya anam)olmağını istəmirəm.”və yaxud da "Sən mənim anam olma haqqına layiq deyilsən.” və s. tipli cümlələr işlədirlər. Beləliklə övlad qəbul etmək əvəzinə tələb etməyə, hörmət etməyin əksinə isə günahlandırmağa başlayır. 

Çox maraqlı təzaddır ki, valideyn statuslu şəxs əgər öz valideynlərinə minnətdar deyilsə və bu qeyd olunanlardan hər hansı birini edirsə, bir başa onun övladı da ona qarşı eyni cür davranacaq. Çünki minnətdar olmağı bacarmayan insan bunu uşağına da öyrədə bilmir. Zəncirvari olaraq mübahisəli valideyn-övlad münasibəti yaranmış olur. 

Bert Hellingerin fikrinə görə valideynlərini qəbul etməyən şəxsböyüdükcə, bunu istəməsə beləvalideynləri kimi birinə çevrilməyə başlayır. Daha sonra isə o, cəmiyyətdə özünə yer tapa bilmir vəözünü boşluqda hiss edir.

Ana və atalar olduğu kimi qalır və bu zamankı halı ən doğru olandır. Heç kim əxlaq normalarına görə valideyn olma hüququna sahib olmur və valideynin etdiklərinin, verdiyi qərarlarının və seçimlərinin heç biri uşağa aidiyyatı yoxdur. Çünki hər şeyin bir səbəbi vardır. 

Övladın edə biləcəyi ona həyat bəxş edildiyinə görəvə ötürülənlərin mənfi və müsbət olmağından asılı olmayaraq hər bir şeyi qəbul edib valideyninə minnətdar olmağıdır. Hər bir valideyn hər şeydən öncə bir insandır. Buna görə də səhvlərin olması qaçılmazdır. 

Unutmayaq ki, travmalar bizi biz edəndir. Gələcəkdə uğurlu bir valideyn olmaq istəyirsinizsə , ilk olaraq valideynlərinizi bütünlüklə və olduqları kimi qəbul etməli, həmçinin özünüzə onlar kimi olma ehtimalını da qoya bilməlisiniz.