Ayasofyada 86 ildən sonra ilk cümə namazı qılındı
24.07.2020
İyulun 24-də İstanbulda Ayasofyada 86 ildən sonra ilk cümə namazı qılınıb və bununla da o, məscid olaraq ibadətə açılıb.
Ayasofiyanın qarşısındakı meydanda olan müxbir xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiyaların nümayəndələri, ictimai-siyasi xadimlər, yerli və xarici turistlər olmaqla 1500-dən çox insan iştirak edib.
Məsciddə ilk dua Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilib.