Nazirdən şəhid pilotumuzun ailəsinə böyük JEST
23.07.2020
Azərbaycanın Daxili İşlər naziri Vilayət Eyvazov şəhid pilotumuz Rəşad Atakişiyevin il mərasimində iştirak etmək üçün ailəsinə Bakıya gəlməyə icazə verib.
Bu barədə sosial şəbəkə hesabında Güloğlan Cabbarov yazıb.
"İyulun 24-ü şəhid pilotumuzun il mərasimidir. Komandirin anası və qardaşları rayonda yaşayır. Karantin rejiminə görə postdan keçə bilməzlər deyə, qardaşı Nicat Atakişiyev rayon polis idarəsinə müraciət etmişdi. Oradan isə karantin rejiminə görə mümkün olmadığı bildirilmişdi. Bu gün şəhidimizin qardaşı cənab nazirə Daxili İşlər Nazirliyinin rəsmi saytından müraciət məktubu yazıb və cavabı çox çəkməyib. Qardaşı və digər ailə üzvlərinin Rəşad Atakişiyevin il mərasimində iştirak etmələri üçün Bakıya gəlmələrinə icazə verilib.
Cənab nazirə göstərdiyi diqqət və həssasiyyət üçün təşəkkür edirik!”, - Cabbarov yazıb.