Tramp peyvənd edilməyə hazırdır
23.07.2020
ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı vaksin hazır olduqdan sonra onun vurulduğu ilk insanlardan olmağa hazırdır.
ABŞ Prezidenti bu barədə Fox News telekanalına müsahibəsində deyib.
"Özünüz bilirsiniz, mən birincilərdən olsam, hamı mənim eqoistliyimdən və peyvəndi ən tez əldə etmək istəməyimdən danışacaq”, - deyə Donald Tramp vaksin vurulan ilk insanlardan biri olmağı istəyib-istəməməsi barədə sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu addımı cəsarətli sayanlar da az deyil. "Bunu məndən istəsələr, düzgün olduğunu hesab etsələr, mən vaksin vurulan ilk və ya sonuncu insan olmağa hazıram”, - deyə ABŞ Prezidenti əlavə edib.
Qeyd edək ki, Birləşmiş Ştatların lideri bir qədər əvvəl amerikalı mütəxəssislərin cari ilin sonunadək COVID-19 əleyhinə vaksini hazırlaya biləcəkləri barədə məlumat vermişdi. O, Fox News telekanalına müsahibəsində koronavirusa yoluxan insanların müalicəsində effektiv olacaq preparatların hazırlanmasının da vacibliyini vurğulayıb.