Rusiya Qarabağ mövqeyini açıqladı: Madrid prinsipi... - VİDEO
22.07.2020
Hesab edirəm ki, təkcə Rusiya yox, regionda stabilliyin gücləndirilməsində maraqlı olan hər kəs müvafiq bəyanatlar verməli və tərəfləri atəşkəsə, sülhün bərpasına çağırmalıdır. Situasiyanın stabilləşməsi hər kəsin marağındadır.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinə müsahibəsində deyib.
"Bizim qənaətimizə görə, beynəlxalq ictimaiyyət tərəfindən hər şeydən öncə ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağla bağlı hazırlanan Madrid prinsipləri və digərləri danışıqlar masasında qalmalıdır. Hazırkı böhranın Dağlıq Qarabağ konfliktinin həlli perspektivlərinin yaxınlaşması işində hər kəsdən öncə Rusiyanın böyük səyləri nəticəsində əldə edilən inkişafdan geri dönülməsi formasında nəticələri olmamalıdır”, – deyə o bildirib.
Qruşko konfliktinin həllinin regionda situasiyanı ciddi şəkildə sağlamlaşdıracağını söyləyib.