Təhlükəsizlik tədbirləri gücləndirilir
22.07.2020
Ukraynanın Milli Polis İdarəsi ölkənin doqquz bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirib.
"RİA Novosti” xəbər verir ki, bu, çərşənbə axşamı Lutsk şəhərində bir şəxsin 20 nəfəri girov götürməsi ilə əlaqədardır.
Ukrayna Təhlükəsizlik Şurası hadisəni terror aktı kimi qiymətləndirib və Daxili İşlər Nazirliyi üç maddə - girov götürmə, hüquq-mühafizə orqanının əməkdaşının həyatına qəsd və qeyri-qanuni silah işlətmə ilə cinayət işinə başlayıb.
Qeyd edək ki, həmin şəxs saxlanılıb, onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.