03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dövlət başçısı: “Səfərbərliyə hələ ehtiyac yoxdur”

21.07.2020

"Bu gün Azərbaycan ordusu istənilən vəzifəni icra edə bilər”.

Bunu iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bu gün Azərbaycan ordusu tam komplektləşdirilib: "Əgər bizə əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Hələ ki, səfərbərliyin elan edilməsinə heç bir ehtiyac yoxdur. Əgər lazım olarsa, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm. Biz bilirik, nə vaxt, nəyi, necə etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir, və beynəlxalq hüquqa, tarixi ədalətə söykənir. Biz istədiyimizə nail olacağıq”.