İraqın Baş naziri ilk səfərini bu ölkəyə etdi
21.07.2020
İraqın Baş naziri Mustafa Kazımi rəsmi olaraq ilk səfərini İrana edib.
M.Kazımi səfər çərçivəsində İranın dini lideri Əli Xamenei, Birinci vitse-prezidenti İshaq Cahangiri, Parlament sədri Məhəmməd Bakir Qalibaf, Milli Təhlükəsizlik üzrə Ali Şuranın baş katibi Əli Şamxani ilə görüşəcək.
Qeyd edək ki, Baş nazirin ilk xarici səfəri ötən gün Səudiyyə Ərəbistanına gözlənilirdi. Ancaq Kral Salman bin Əbdüləziz əs-Səud xəstəxanaya yerləşdirildiyi üçün səfər təxirə düşüb.