Prezidentin köməkçisi: Bir neçə cəbhədə müharibədəyik
20.07.2020
Pandemiyadan zərər çəkmiş sahələrdə muzdlu işçilərin əmək haqlarının verilməsi üçün məbləğ ayrılıb və 212 mindən çox insana birdəfəlik müavinət verilib.
Bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Sahibkarlığın İnkişaf Fonduna 25 milyon əlavə vəsait ayrılıb. Ümumilikdə isə 259 milyon manatdan çox vəsait ayrılıb bu müddətdə. Ümummillikdə isə bu istiqamətdə 950 milyon manat ayrılıb", - o bildirib.
Ş.Mövsümov qeyd edib ki, bu gün Azərbaycan bir neçə cəbhədə müharibə aparır:
"Bu, həm Tovuz istiqamətində Ermənistan təxribatına cavab, həm koronavirus, həm də iqtisadi sahədə olan mübarizədir".