Gürcüstanda toy və yas mərasimlərinə icazə verildi
20.07.2020
Gürcüstanda bu gündən etibarən açıq havada toy, yas, ad günləri və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi mümkün olub.
Dövran Media Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.
Qərara əsasən, tədbirlərdə iştirakçıların maksimal sayı 100 nəfərdən çox olmamalıdır.