Lukaşenko 12 ildən sonra ABŞ-a səfir təyin etdi
20.07.2020
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Xarici İşlər nazirinin müavini Oleq Kravçenkonu ABŞ-a səfir təyin edib.
Bu barədə "Qazeta.ru” məlumat yayıb.
Qeyd edək ki, 2008-ci ildə Minsk və Vaşinqton qarşılıqlı olaraq fövqəladə və səlahiyyətli səfirlərini geri çağırmışdı.
Oleq Kravçenko 2008-2014-cü illərdə ölkəsinin Birləşmiş Ştatlarla işlər üzrə səlahiyyətli nümayəndəsi olub.