Ağcaqanadlar koronavirusu insanlar arasında yayır?
18.07.2020
ABŞ alimlərinin apardığı araşdırma görə, koronavirusun ağcaqanadlar vasitəsi ilə yayıla bilmədiyi təsdiqlənib.
ABŞ-ın Kanzas Universitetinin Biotəhlükəsizlik Araşdırma İnstitutunun direktoru Stiven Hiqqslə həmkarlarının apardığı və "Scientific Reports” dərgisində dərc edilən araşdırmaya əsasən virusun "Aedes aegypti”, "Aedes albopictus” və "Culex quinquefasciatus” adlı 3 geniş yayılmış ağcaqanad növündə çoxalmadığı, yəni virusu insanlara yoluxdura bilmədiyi məlum olub.
İnstitutda insanlardan heyvanlara ötürülən digər heyvan patogenləri üzərində də tədqiqatlar aparılır.