AB-dən ÇAĞIRIŞ: Sanksiyaları dayandırın
18.07.2020
Avropa Birliyinin baş diplomatı Cozef Borrell ABŞ-ın "Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalarını tənqid edib.
Borrel ABŞ-ın sanksiyalarının "legitim biznes” aparan şirkətləri vurduğunu bildirib. O, Avropa siyasətini üçüncü ölkələrin yox, Avropanın müəyyən etməli olduğunu deyib.
Qeyd edək ki, bundan öncə ABŞ "Şimal axını 2” kəmərinin Avropanın enerji təhlükəsizliyinə zərbə vurduğunu açıqlamışdı.