03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AŞPA-nın prezidentindən cavab məktubu

17.07.2020


Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Daems Milli Məclisin Sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AŞPA prezidenti bildirib ki, bu məsələ assambleyanın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

Rik Daemsin Sahibə Qafarovaya ünvanladığı məktubda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

AŞPA prezidentinin məktubunda daha sonra qeyd edilir: "Tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram”.