21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Son 24 saatda 250 minədək yoluxma olub

17.07.2020


Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 248 min 914 yoluxma halı qeydə alınıb. Öncəki gün dünya üzrə yoluxanların sayı 234 min 936 nəfər təşkil etmişdi.

Pandemiyanın statistikasını aparan "Worldometer” saytı xəbər verir ki, həmçinin iyulun 10-da COVID-19 infeksiyası səbəbindən 5 min 741 nəfər həyatını itirib.

Saytın Bakı vaxtı ilə bu gün saat 11:50-yə olan məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 13 milyon 954 min 83 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 592 min 791 nəfərə çatıb. Eyni zamanda, 8 milyon 285 min 926 nəfər COVID-19 xəstəsi sağalıb, müalicəsi davam edən 5 milyon 73 min 160 xəstədən 59 min 934 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ötən sutka ərzində dünyada ən çox yoluxma halı ABŞ-da qeydə alınıb - 73 min 388 nəfər. Bu, həm də ölkə daxilində ən yüksək göstəricidir. Beləliklə, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 695 min nəfəri ötüb. Bu göstəriciyə görə sonrakı yeri tutan Braziliyada yoluxanların sayı 2 milyon 15 min nəfərə yaxınlaşıb. İyulun 16-da ölkədə yoluxma sayına görə rekordun müəyyən edildiyi (35 min 468 nəfər) Hindistanda isə bu rəqəm 1 milyon nəfəri keçib. Rusiyada 759 min, Peruda 341 min, Cənubi Afrika Respublikasında isə 324 min yoluxma halı aşkarlanıb.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 141 min 118 nəfər. İlk beşliyə daxil olan Braziliyada 76 min 822, Birləşmiş Krallıqda 45 min 119, Meksikada 37 min 574, İtaliyada isə 35 min 17 nəfər koronavirus səbəbindən həyatını itirib.

Artıq xeyli vaxtdır ki, COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayında mütəmadi azalma müşahidə edilir. Hazırda bu göstərici 6,68 faizdir.