Ermənistanda 620 nəfər ölüb
17.07.2020
Son sutka ərzində Ermənistanda daha 442 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 34001 nəfərə çatıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ölkədə pandemiya qurbanlarının sayı daha 13 nəfər artaraq 620 təşkil edib.
Hazırda Ermənistanda 10 min 692 aktiv koronavirus xəstəsi var.