PKK liderlərindən biri ÖLDÜRÜLDÜ
19.06.2018
PKK terror təşkilatının komandirlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Qəndildə keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülüb.
"Dövran Media" xəbər verir ki, bu barədə "Rudav” saytı informasiya yayıb. Sayt öldürülən terrorçunun adının hələlik açıqlanmadığını bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə TSQ-nin Qəndildə terrorçuların toplantı məkanlarını vurduğunu açıqlamışdı. Ərdoğan vurulan məkanlarda terror təşkilatının liderlərinin olub-olmaması sualına isə "böyük ehtimalla olduqlarını” cavabını vermişdi.