Qarabağa dəstək: 40 milyonluq ordu...
16.07.2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin arzu edən şəxslərin Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi barədə çağırışına Güney Azərbaycandan olan soydaşlarımız da səs verib.
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsini istəyən güneyli fəallar Ordumuza yazılmaq üçün hara və necə müraciət etməli olduqları ilə bağlı redaksiyamıza suallar ünvanlayırlar.
Soydaşlarımız Azərbaycanın 10 milyonun deyil, 50 milyonun Vətəni olduğunu, 40 milyon güneylinin dövlətimizin yanında olduğunu vurğulayıblar.
Çoxsaylı suallar ünvanlayan vətənpərvər soydaşlarımız hazırda Ordumuza qoşulmaqla bağlı müraciətlərinə rəsmi cavab gözləyirlər.
Xatırladaq ki, ermənilərin Tovuzda atəşkəsi pozmasından bəri dəstəyini nümayiş etdirən Güney Azərbaycan əhalisi bu gündən başlayaraq Təbriz, Urmiya, Zəncan və digər şəhərlərdə, o cümlədən, paytaxt Tehranda saat 18:00-da aksiya keçirəcəkləri ilə bağlı bəyanat yayıblar.