Prezident yeni XİN rəhbəri təyin etdi
16.07.2020
Azərbaycan Prezidenti İlham Əliyev yeni Xarici İşlər naziri təyin edib.
Prezidentin bununla bağlı imzaladığı sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilsin".