İrəvan niyə Tovuza hücum edir? – Fatih Ərbakan
16.07.2020
Ermənistanın yeni böhran bölgəsi olaraq Tovuzu seçməsi Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına zərər verməyə yönəlmiş strateji bir addımdır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan deyib.
O bildirib ki, burada əsas məsələ Ermənistanı bu addımı atmağa təşviq edən güc mərkəzlərinin niyyətidir:
"Ermənistanın törətdiyi beynəlxalq qanun pozuntularına qarşı səssiz qalmaq Qərbin ikili standartını ortaya qoyan ağır bir vəziyyətdir”.