Türkiyədən İrəvana növbəti sərt mesaj: İkiüzlü...
16.07.2020
Ermənistan Azərbaycana qarşı hücumlarını ört-basdır etmək üçün indi də Türkiyə ilə bağlı riyakar böhtana cəhd edir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Azərbaycan ərazisini illərdir işğal altında saxlayan Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəldir. Bu cür ittiham və böhtanlarla xarici siyasət aparmaq nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Təcavüzkar millətçiliyi alovlandıran bu münasibətə təəssüf hissi ilə yanaşırıq. Ancaq onların bu münasibəti təəccüblü deyil.
Ermənistan hakimiyyəti ağlını başına yığmalıdır. Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı mümkün qədər tez öyrənməlidir”, - bəyanatda vurğulanıb.