03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Çin Böyük Britaniyaya etiraz edib

15.07.2020



Rəsmi Pekin Böyük Britaniyanın Çinin qabaqcıl telekommunikasiya şirkəti olan "Huawei"yə tətbiq etdiyi qadağaya sərt etiraz edib.

AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Hua Çunyin iyulun 15-də keçirdiyi mətbuat konfransında Böyük Britaniyanın bu qərarı ticari və texnoloji məsələləri son dərəcə siyasiləşdirərək qəbul etdiyini, bu ölkədəki Çin investisiyalarının təhlükəsizliyini açıq şəkildə təhdid etdiyini bildirib. O, ölkəsinin baş verənləri tam və ciddi şəkildə qiymətləndirməyə davam edəcəyini deyib.

Qeyd edək ki, iyulun 14-də Böyük Britaniya hökuməti Çinin "Huawei" şirkətinin ölkənin 5-ci nəsil mobil rabitə şəbəkəsinin (5G) qurulmasında iştirakına qadağa tətbiq etməyə başlayıb. Belə ki, London ölkənin mobil rabitə operatorlarının "Huawei" şirkətindən 5G avadanlığı almasını qadağan edib. Bundan başqa, mobil operatorlara 5G şəbəkəsində istifadə etdikləri "Huawei" avadanlıqlarını 2027-ci ilədək istismardan çıxarmaq əmr edilib.

Böyük Britaniyanın rəqəmsal media və mədəniyyət üzrə Dövlət katibi Oliver Dovdın bu qərarın ölkədə 5G şəbəkəsinin istismara verilməsini 3 ilədək gecikdirə biləcəyini etiraf edib. Bundan əvvəl, ABŞ Çin şirkətinə qadağa tətbiq etməyə başlayıb.