03 02 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan: daha 559 yoluxma, 545 nəfər sağalma, 7 vəfat

15.07.2020


Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 559 yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 25 min 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 min 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib. Aktiv xəstə sayı 8651 nəfərdir.

Ötən müddət ərzində 592 min 778 test aparılıb. Bugünkü test sayı isə 8312-dir.