“Qarabağ”ın rəqibi AÇIQLANDI - Püşkatma
19.06.2018
Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.
"Dövran Media"nın məlumatına görə, püşkatma nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi 1-ci mərhələdə Sloveniyanın "Olimpiya Lyublyana" klubu ilə qarşılaşacaq.
"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11-i, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.