Şiddətli döyüşlər: Ordumuz hansı obyektləri vurdu? – RƏSMİ
14.07.2020
Tovuz istiqamətində dövlət sərhədimizdə şiddətli döyüşlər davam edir.
Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Ordumuzun gördüyü tədbirlər nəticəsində böyük itkilər verən düşmən geri çəkilib:
"Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olubdur”.
Polkovnik qeyd edib ki, adları açıqlanan şəhidlərimizlə bərabər, yaralılarımız da var:
"Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülən cəza tədbirləri çərçivəsində düşmənə məxsus müxtəlif döyüş texnikaları, komanda məntəqələri, müdafiənin dərinliyində yerləşən ehtiyat qüvvələri və yüzlərlə canlı qüvvəsi məhv edilib”.