Bakı Türkiyəyə belə dəstək verdi - Səfir
13.07.2020
Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə dəstəyini davam etdirir.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral bildirib.
Səfir qeyd edib ki, Azərbaycan FETÖ-ya məxsus bütün qurumları bağlayaraq, türk xalqına və hökumətinə dəstək nümayiş etdirib.
Diplomat bildirib ki, bütün bunlarla yanaşı Azərbaycan FETÖ üzvlərini də Türkiyəyə qaytarıb:
"FETO ilə mübarizədə hər zaman qardaş Azərbaycanı yanımızda gördük".