Məlikyan: Ermənistanda özbaşınalıq baş alıb gedir
13.07.2020
Ermənistanın VETO hərəkatının lideri Narek Malyanın təkbaşına avtomobil aksiyası keçirməyinə polis mane olub.
Bu məlumatı erməni hüquq müdafiəçisi Ruben Məlikyan paylaşıb.
O, Malyanın onlarla polis tərəfindən həbs edildiyini bildirib.
Malyanın hətta aksiyanı başlatmasına da izn verilməyib.
Məlikyan baş verənləri hüquqi özbaşınalıq adlandırıb.