Ərazi itkisinə yol verilməyib - Nazirlik
12.07.2020
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.
Onun sözlərinə görə, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.