Nizami rayonunda "Bizim həyət” layihəsi çərçivəsində aparılan abadlaşdırılma işləri ilə bağlı qanunsuzluq faktları üzə çıxıb.
10 may tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə "Bizim həyət” layihəsi çərçivəsində M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində 7 çoxmərtəbəli binanı əhatə edən abadlaşdırılmış həyət istifadəyə verilib. Sözügedən abadlaşdırma işlərinin məqsədi sakinlərin vaxtlarının səmərəli təşkili olsa da, bir çox hallarda acgözlük və tamah mənəvi dəyərlərin önünə keçir.
Belə ki, bu ərazilərdə ot örtüklərinin üzərində inşa edilən obyektlərin sayı-hesabı yoxdur. Bu isə vətəndaşların hüququndan sui-istifadə etmək deməkdir. Azərbaycan Televizisiyasının hazırladığı reportajda isə bəzi sakinlər xüsusilə qış aylarında dincəlmək məqsədilə belə bir obyektin inşası üçün müraciət etdiklərini bildiriblər.
Qeyd edək ki, parkın istifadəyə verilməsi ilə bağlı hesabat Nizami Rayon İcra Hakimiyyətinin rəsmi saytında yer alıb.