Stoltenberq: NATO hərbi xərclərini artırsa...
10.07.2020
NATO ölkələrinin hərbi xərclərini ümumdaxili məhsulun 2%-i həcmində artırması tələbi koronavirus pandemiyasından sonra dövlətlərin iqtisadiyyatının bərpasına kömək edəcək.
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Yeni hərbi imkanlara investisiyalar hərbi sənayeyə investisiya yatırılması deməkdir. Bu da öz növbəsində bizim iqtisadiyyatları pandemiyanın nəticələrini ortadan qaldırmaq üçün stimullaşdıracaq. Pandemiya bütün NATO üzvləri üçün böyük problemlər yaradıb, amma təhlükəsizlik təhdidi yox olmayıb”, – deyə o bildirib.