İrəvanla NATO arasında problem yarandı
10.07.2020
Ermənistan hakimiyyətinin təkcə Rusiya ilə yox, həm də Avropa Birliyi və NATO ilə problemləri var.
Bu məlumatı "Qraparak” qəzeti yayıb.
"NATO ilə problemlər keçən ildən başlayıb. Ermənistan NATO ilə fərdi tərəfdaşlıq fəaliyyəti proqramı çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq 2005-ci ildə imzalanıb və 2 ildən bir yenilənməlidir. Sonuncu dəfə bu sənəd Serj Sərkisyanın 2017-ci il Brüssel səfəri zamanı imzalanıb. 2019-cu ildə isə bu sənəd yenilənməyib. Problemin həlli üçün 11 mart 2019-cu ildə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay İrəvanda olub və müxtəlif vəzifəli şəxslərlə görüşüb. Lakin Paşinyan Appaturayla görüşməyib və bunun üçün də hər hansı inkişaf əldə edilməyib. İrəvanın bu hərəkəti Rusiya ilə bağlıdır, yoxsa başqa səbəb var? Cavab vermək çətindir”, – deyə çəlumatda bildirilib.