“Favipiravir” COVID-19-a qarşı effektiv deyilmiş
10.07.2020
Qrip əleyhinə istifadə olunan "Favipiravir” (həmçinin "Aviqan” kimi də tanınır) preparatının yeni koronavirus (COVID-19) infeksiyasının müalicəsində effektiv olmadığı müəyyənləşib.
"Kiodo” agentliyinin yaydığı məlumatda bildirilir ki, "Favipiravir” preparatının koronavirusun müalicəsində effektiv olmadığı Yaponiyada aparılmış klinik sınaqlar nəticəsində məlum olub.
O da bildirilib ki, Yaponiyanın "Fujifilm Holdings” korporasiyası tərəfindən hazırlanmış "Favipiravir” preparatının klinik sınaqlarına bu ilin yazında başlanılmışdı.