Donbası Rusiyaya qatmağı fikirləşmirik - Kozak
09.07.2020
Rusiya hakimiyyəti heç vaxt Donbasın Rusiyanın tərkibinə daxil olması imkanlarını müzakirə etməyib.
Bunu Rusiya Prezidenti Administrasiyasının rəhbərinin müavini Dmitri Kozak deyib.
"Dövlət səviyyəsində belə məsələlər heç vaxt müzakirə edilməyib. Siyasi xadimlərin və ictimai təşkilatların bu məsələdə bəyanatlarını onların şəxsi fikirləri kimi qiymətləndirmək lazımdır”, – deyə o bildirib.