Piknik edənlər cərimələndi
09.07.2020
Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparılan Kür çayının Samux rayon ərazisindən keçən hissəsinin kənarında bir qrup vətəndaşın piknik təşkil etməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon sakinləri, Sabir Bədəlov, İslam Niftullayev, Ruslan Hüseynov, Gəncə şəhər sakinləri, Lalə Ələkbərova, Müşgünaz Məmmədova və Aytac Məmmədova olduqları məlum olub.
Həmin şəxslər barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.