Almaniyadan şərt: Türkiyə və Rusiyaya sanksiya?
09.07.2020
Liviyada tərəfləri daha da geçikmədən danışıqlara başlamağa çağırırıq.
Bunu Almaniya Xarixi İşlər naziri Hayko Maas deyib.
"Bunun üçün ilk addım Sirt və əl-Cufranın demilitarizasiya ola bilər. Liviyada bütün tərəfləri bu fikrin arxasında birləşməyə çağırırıq.
Bundan başqa, Liviyada xarici müdaxiləyə son qoyulmalıdır. Ölkənin xarici qüvvələrin döyüş meydanına çevrilməməsi üçün tədbirlər görəcəyik. O cümlədən sanksiyalardan da istifadə edəcəyik”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, ötən gün Fransa Türkiyə və Rusiyanı Liviyaya müdaxilədən çəkinməyə çağırmışdı.