21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yoluxma bu yolla daha dəqiq aşkarlanır - Ekspert

09.07.2020

Testlərin keyfiyyətsiz olması və bəzən də antitellərin əmələ gəlməməsi səbəbindən koronavirusa yoluxma kompüter tomoqrafiya ilə aşkarlana bilir.

Bunu açıqlamasında professor Adil Qeybulla bəzi şəxslərdə testin neqativ çıxmasına baxmayaraq, kompüter tomoqrafiya zamanı virusa yoluxmanın aşkarlanmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, virusa yoluxmanı aşkarlamaq üçün yalnız bir göstərici kifayət deyil:

"Xəstədə test müayinəsi, kompüter tomoqrafiya və ümumi əlamətlər birgə dəyərləndirilməlidir”.

A.Qeybulla onu da bildirib ki, kompüter tomoqrafiya insan sağlamlığına o qədər də ziyan deyil:

"Kompüter tomoqrafiya rentgen müayinəsidir, hər halda insan sağlamlığına COVİD-19-dan ziyanlı deyil. Bir dəfə kompüter tomoqrafiyadan keçən şəxs 2-3 həftə sonra yenidən ondan istifadə edə bilər”.