Türkiyədən ABŞ-a mesaj: Bu, sülhə yardım etməyəcək
09.07.2020
Bu və buna bənzər addımlar Kipr məsələsinin həlli istiqamətində aparılan səylərə köməklik göstərmir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy ABŞ-ın Cənubi Kipri Beynəlxalq Hərbi Təhsil və Təlim (İMET) proqramına daxil etməsinə münasibət bildirərkən deyib.
"Bu, yunan tərəfinin barışmaz mövqeyinin daha da güclənməsinə səbəb olur. Eyni zamanda, bu kimi addımların Şərqi Aralıq dənizində sülhün və sabitliyin təmin olunmasına kömək etməyəcəyi də aydındır”, - XİN sözçüsü bildirib.